Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 12:28
İtaliya A seriyasının 17-ci turunun “İnter” – “Cenoa” matçında (4:0) təsirli anlar yaşanıb.
Qol.az-ın xəbərinə görə, 64-cü dəqiqədə qonaqların qapısına penalti təyin edilib. Penaltini “İnter”in 17 yaşlı hücumçusu Sebastyano Espozito dəqiq yerinə yetirib. Bu, onun A komandada ilk qolu olub.
Qeyd edək ki, matç başa çatan kimi Sebastyanonun anasına meydançanın kənarına gəlmək imkanı yaradılıb və futbolçu sevincini onunla bölüşüb.