Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 07:12
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Baş İstintaq İdarəsinin tərkibində yeni bölmənin - yüksək texnologiyalar sahəsində kibercinayətlərin və cinayətlərin araşdırılması üzrə şöbənin yaradılması ilə bağlı əmr imzalayıb. Qərar son illər Rusiyada kibercinayətlərin sayının artması ilə əlaqədar qəbul edilib. Bu barədə komitənin məlumatında deyilir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, yeni şöbənin müstəntiqləri xüsusi spesifikliyi ilə seçilən bu kateqoriyalı cinayətlərin araşdırılmasında ixtisaslaşacaqlar.
Məlumata görə, kibercinayətlər araşdırılması baxımından xüsusi mürəkkəbliyi ilə fərqlənir ki, bu da onların təkcə öz spesifikliyi və qeyri-aşkarlığı ilə deyil, həm də regionlararası və beynəlxalq xarakter daşıması ilə əlaqədardır.