Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 18:56
Bakı. Elçin Mehdiyev - Trend:
Seçki məntəqələrinin təqribən 92 faizindən daxil olan məlumatlar əsasında dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələri məlum olub.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
M.Pənahov vurğulayıb ki, şikayətlər dairə seçki komissiyalarında baxılmalıdır: "Növbəti mərhələdə isə Dairə Seçki Komissiyasının qərarından narazı qalanlar Mərkəzi Seçki Komissiyasına müraciət edə bilər. Sosial şəbəkələrdəki görüntüləri araşdıracağıq. Araşdırmalardan sonra yekun olaraq bununla bağlı qərar qəbul edəcəyik".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin