Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 20:02
Bu gün Şəmkir rayonunun Kür qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilən körpələr evi-uşaq bağçasının açılışı olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, 240 yerlik körpələr evi-uşaq bağçasında 2 yaşından 6 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi tədris ediləcək. Azyaşlı sakinlərin zövqünə uyğun qurulan bağçada onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün şərait yaradılıb və müvafiq inventarla təchiz edilib.
Burada müxtəlif yaş qrupları üçün məşğələ otağı, rəsm, idman və musiqi zalları, yeməkxana var. Uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində müxtəlif istirahət guşələri yaradılıb.
Tədbirdə son illər ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Bu gün uşaqların keyfiyyətli təhsil və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət siyasətinin başlıca prinsiplərindəndir deyən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qeyd edib ki, son illər ərzində respublikamızda yüzlərlə uşaq bağçası və körpələr evlərinin tikilməsi, bir çoxunun isə yenidən bərpası ölkədə uşaqlara göstərilən diqqət və qayğının tərkib hissəsi olmaqla yanaşı, həm də Azərbaycan gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açıb. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində həyata keçirilən layihələr barədə məlumat verib.