Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İraq parlamenti yeni seçki qanunu qəbul etdi

İraq parlamenti yeni seçki qanunu qəbul etdi

Tarix: 24 Dekabr 2019 20:40

İraq parlamenti aylardır etirazçıların tələb etdiyi seçki haqqında yeni qanunu qəbul edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, səsvermənin nəticələrini parlamentin spikeri Məhəmməd əl-Halbusi elan edib. Yeni qanuna əsasən, ölkədə növbədənkənar parlament seçkiləri keçirilə bilər. Seçkilərdə qaliblər səslərin əksəriyyətini toplayanlar olacaq. Namizədlik isə fərdi qaydada irəli sürüləcək.

Yeni qanunla bağlı səsvermə əvvəllər deputatlar arasındakı ixtilaflar səbəbindən dəfələrlə təxirə salınmışdı.

Əl-Halbusi, həmçinin qeyd edib ki, bundan sonra məmurlara ikili vətəndaşlıq da qadağan ediləcək.


Etiketlər:  İraq parlamenti yeni seçki qanunu qəbul etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ