Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 22:16
"Apple" şirkəti şəxsi peyk rabitə sistemini qurmaq üçün gizli işçi qrupu seçib.
"Bloomberg" xəbər verir ki, şirkət mövcud simsiz şəbəkələr olmadan, cihazlarını birbaşa internet xidmətləri ilə birləşdirmək istəyir.
Sonxeber.net chip.az-a istinadən bildirir ki, layihə üzərində şirkətin Kaliforniyanın Kupertino şəhərindəki qərargahında aerokosmik sənayedən təxminən on mühəndis, rabitə avadanlıqları üzrə mütəxəssislər və proqramçılar işləyir.
Agentlik bildirib ki, "Apple" mobil operatorlardan asılılığı azaltmaq istəyir, peyk texnologiyası cihazların yerini daha dəqiq izləməyə kömək etməklə əlaqədar, kartlarla işini yaxşılaşdıra və istifadəçilərə yeni xidmətlər təklif edə bilər.