Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəzən zaman enerji yığan, simsiz qulaqlıq

Gəzən zaman enerji yığan, simsiz qulaqlıq

Tarix: 24 Dekabr 2019 23:40

"JBL" şirkəti enerjisiz işləyən simsiz qulaqlıqlar təqdim edib. Qulaqlıqlara günəş şüalarını udan material quraşdırılıb: bu, adi enerji toplama qurğusundan imtinaya imkan verir. İndi "JBL" bu istehsal xəttini işə salmaq üçün "Indigogo" platformasında vəsait toplama kampaniyası keçirir.

Milli.Az techland.az-a istinadən bildirir ki, qurğunun prototipi istifadəçilərin smartfonuna "Bluetooth" vasitəsilə adi qulaqlıqlar kimi qoşulur. Qurğuya quraşdırılmış 700 milliamper/saat tutumunda batareyanı USB kabel vasitəsilə 2 saat ərzində tamamilə enerji ilə doldurmaq olar. Bu, qulaqlıqların 24 saat işləməsi üçün kifayətdir.

Bundan başqa, qulaqlıqlar İsveçin "Exeger" şirkətinin "Powerfoyle" materialı ilə təchiz edilib. Bu folqa tipi yalnız günəşli gündə deyil, həmçinin otaqda süni və ya dağınıq təbii işıqlandırma şəraitində enerji generasiya edə bilər.

Mühəndislərin məlumatına görə, açıq havada 1,5 saat gəzmək qulaqlıqların işləmə müddətini 68 saat, gündə 2 saat gəzmək isə 168 saat artıra bilər.


Etiketlər:  Gəzən zaman enerji yığan simsiz qulaqlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ