Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 23:21
Hamiləlik hər bir qadının həyatında gözəl bir dövrdur. Lakin ana olmaq sevincindən tam şəkildə həzz almağa mane olan yüksək əsəbilik, ağlağanlıq və pis əhval-ruhiyyə olmasa idi daha yaxşı olardı.
Sonxeber.net medicina.az-a istinadən hamiləlik zamanı nə üçün əsəbin yarandığını və onun öhdəsindən hansı üsullarla gəlmək lazımdır barədə yazısını təqdim edir.
Pis əhval-ruhiyyənin səbəbləri
Həkimlər və psixoloqlar gələcək anaların "dartılmış sim" vəziyyətində olmaları ilə bağlı əsas üç səbəb göstərirlər. Onlara aşağıdakılar aiddir:
-Hamiləliyin ilk rübünün əvvəlində özünü açıq-aydın göstərən orqanizmdə gedən hormonal dəyişikliklər. Məhz ilkin dövrlərdə qadın ağlağan, əsəbi və tez hirslənən olur. Bu dəyişikliklərdən heç kim sığortalanmayıb - nə hamiləliyi planlaşdıranlar, nə də ki bu xəbəri qəfildən qarşılayanlar.
-Böyük fiziki yüklənmələr. Hamiləliyin hətta son aylarında işə getməyə məcbur olan qadınlar üçün xüsusilə ağırdır. Üstəlik paltar yuma-yemək bişirmə-təmizlik işləri-həyat yoldaşına və kiçik uşaqlara qulluq (əgər birinci hamiləlik deyilsı). Axı burada necə qəzəbli və əsəbi olmamaq olar?
-Mən - Kainatın mərkəziyəm. Elə də olur ki, hamilə qadın özünü şıltaq bir uşaq kimi aparmağa başlayır. O həmişə şikayətlənir, hesab edir ki, yaxınları ona az diqqət yetirir, özündə mövcud olmayan xəstəliklər axtarır və bütün varlığı ilə ona necə çətin və ağır olduğunu nümayiş edir. Bu psixoloji problem hamilə qadının qohumlarına xeyli əziyyət verir. Bundan başqa, onlar anlamır ki, bu cür davranış qadının sevgi və diqqətin yüksək dozasını almaq istəyindən irəli gəlir. Ona istədiyini verin, gələcək ananı hərtərəfli qayğı ilə əhatə edin və siz görəcəksiniz ki, vəziyyət qaydasına düşəcəkdir.
Özünə nəzarət mütləqdir!
Təbii ki, hər şeyi boş buraxıb sizi üstələyən hisslərə təslim ola bilərsiniz. Buna dəyərmi? Axı siz bətninizdə sizdən tamamilə asılı olan bir kiçik varlıq gəzdirirsiniz. Sizin bütün emosiya və həyəcanlarınız körpəyə ötürülür, ona görə də hamiləlik zamanı yüksək əsəbiliyin aradan qaldırılması üçün təcili olaraq ölçülər götürün. Bu işdə sizə aşağıdakı tövsiyələr kömək edə bilər:
-Həyata yumorla yanaşın, dünyaya təbəssümlə baxın.
-Oyandıqdan dərhal sonra ayağa durmağa tələsməyin. Öz orqanizminizi pozitivə yükləmək üçün beş dəqiqə ayırın. Öz-özünüzə deyin ki, bu gün sizin əla əhval-ruhiyyəniz var və heç nə və heç kim onu poza bilməyəcəkdir.
-Dilinizi dinc qoyun. Heç vaxt ətrafdakılarla öz şəxsi həyatınızı və sağlamlıq durumunuzu müzakirə etməyin. Bu universal məsləhətdir və yalnız hamilə qadınlara deyil, ümumiyyətlə hamıya aiddir. Sizə heç kəs ən yaxşı rəfiqənizlə dedi-qodu ilə məşğul olmağa qadağa qoymur, lakin təsadüfi rast gələn bir insana ürəyinizi tökməyin! Əvəzində sizin həyatınızı kəskin şəkildə pis tərəfə dəyişə biləcək xeyli faydasız və hətta təhlükəli məsləhətlər ala bilərsiniz.
-Sorğu-sual etməyin. Həyatında ilk dəfə doğuş keçirəcək bir çox qadınlar analarından, iş yoldaşlarından, qohum və rəfiqələrindən bütün təfərrüatları öyrənməyə çalışırlar. Sual: nə üçün? Hamı onsuzda bilir ki - doğuş ağrılıdır. Özünüzü doğuş əzabları, ağırlaşmaları, anomaliyaları və digər "təfərrüatlar" haqqında hekayələr ilə qorxutmaq nəyə lazımdır ki? Bu işdə sizə nəzarət edən ginekoloqa etibar edə bilərsiniz.
-Öz komfort zonanızı qoruyun. Qadın öz ünsiyyət çevrəsini ən yaxın və lazım olan adamlara qədər məhdudlaşdırarsa hamiləlik zamanı əsəbilik qısa bir müddətdə keçib gedəcəkdir. Və unutmayın ki, bu ünsiyyət xoşagələn olmalıdır. Qonşu mağazadakı satıcı sizi hirsləndirir? 100 metr aralı gəzin və ərzaqları başqa supermarketdən alın. Ümumilikdə özünüzə problem yaratmayın.
-Əgər mənfi əhval-ruhiyyə səs, iy və dadlar səbəbindən yaranırsa, onları bir neçə aylığına öz həyatınızdan çıxarın.
Sakitləşdirici üsullar
Əsəbiliyi necə aradan qaldırmaq olar? Effektivliyi təcrübədə dəfələrlə sübut olunmuş üsullardan istifadə edin.
-Art-terapiya. Ginekoloqlar hamilə qadınlara mayalanmanın ilk günlərindən etibarən rəsmlə məşğul olmağı məsləhət görürlər. Burada bacarıq və istedad heç bir əhəmiyyət kəsb etmir. Rəsm çəkən zaman mənfi emosiyalar kənara atılır - ən əsası elə budur. Rəsm çəkmək istəmirsiniz? Plastilinlə işləyin, gələcək körpəniz üçün əşyalar toxuyun, kvillinq və skrapbukinqlə məşğul olun, otaq bitkiləri yetişdirin, naxış tikməklə məşğul olun - yaradıcılıqla məşğul olmaq üçün seçim çoxdur.