Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 11:35
Məşhur meyxanaçı Namiq Məna "Şou ATV"nin efirində tükürpədən açıqlama verib.
Sonxeber.net xəbər verir ki, sənətçi sənətdə yeni-yeni uğur qazanmağa başladığı bir vaxtda həyatına qəsd etmək istədiklərini bildirib.
Toyların birində yeməyinin içinə mismar atıldığını bildirib. 2 il ərzində boğazında mismar qaldığından xəbərsiz olan meyxanaçı, tez-tez təzyiqinin qalxmasından, ürək bulanmasından narahatçılıq keçirdiyini deyib. O, bütün orqanlarını müayinə etdirsə də sağlam olduğu deyilib. Sonda çöpçüyə üz tutan Namiq Məna boğazında mismar qaldığını öyrənib. Sənətçi mismarın boğazından çıxarılan zaman artıq paslandığını deyib.
Sənətçi onu öldürmək istəyən həmən şəxsin sənət adamı olduğunu, kimliyini bildiyini sözlərinə əlavə edib.