Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diniyevin mənzili qarət olundu

Diniyevin mənzili qarət olundu

Tarix: 26 Dekabr 2019 17:36

Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin mənzili qarət edilib.

Hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində baş verib. Ş.Diniyevin mənzilində olan ev əşyaları oğurlanıb. O, bundan sonra hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Araşdırma zamanı məlum olub ki, Ş.Diniyev mənzilini kirayə verib. Həmin mənzildə kirayə qalan qadın və onun tanışı ev əşyalarını elan saytına yerləşdirərək satıb. Daha sonra həmin qadın və tanışı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır (Report).

 


Etiketlər:  Diniyevin mənzili qarət olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ