Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 19:12
Dünyada bir milyarddan çox insanın istifadə etdiyi ani mesajlaşma sistemi olan "WhatsApp" bəzi telefonlara verdiyi dəstəyini geri çəkir. Söhbət "Windows Mobile" tədbiq sistemi olan ağıllı telefonlardan gedir.
Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Sakin: "Elə vaxt olur ki, kontur olmur, meqabaytla əlaqə qurmaq istədiyin adamla əlaqə saxlayaraq fikrini çatdıra bilirsən. İndiki dövrdə lazımlı bir şeydir".
Sakin: "Dostlarımla daha, tez sürətli əlaqəyə keçmək üçün istifadə edirəm".
Anar İsmayılov - Ekspert: "Əsasən köhnə model telefonlara aid olacaq. "Nokia"nın "S40", "S60" modelləri. Ayfonlarda "ios7" sistemindən aşağı və 7-yə qədər, 7 də daxil olmaqla. Həmçinin android sistemli telefonlarda isə aşağı modellər bağlanacaq, "WhatsApp" istifadəsi qadağa olunacaq".
Nurlan Quluzadə - Proqramçı: "Bunun əsas səbəblərindən biri odur ki, həmin modellərdə onların keyfiyyətinin gücünün parametrləri hazırkı proqram təminatlarına tab gətirməməsi və eyni zamanda bir sıra funksionallığı daşımamasıdır. Proqram istehsal şirkətləri bu proqram təminatlarına verdiyi xidmətləri dayandıracaq".
Bundan sonra "Windows Store"-dan bu proqramı yükləmək mümkün olmayacaq. Ancaq hazırda yüklənmiş olan "WhatsApp" tədbiqindən istifadə etmək mümkün olacaq. "WhatsApp platstore"-dan çıxarıldıqdan sonra yenilənmə dəstəyi də kəsiləcək.
Anar İsmayılov - Ekspert: "Təbii ki, bəzi yollar olacaq ki, mümkün olsun. "WhatsApp+" və yaxud da "GB WhatsApp" proqramları var aplicationlarda. Onlardan istifadə etmək olacaq. Amma onlar da zərərli proqramlardır".
Nurlan Quluzadə - Proqramçı: "Onların şəxsi məlumatlarının ələ keçməsinə problem yarada bilər. İOS-larda glbreak var. JB deyirlər. Və yaxud androidlərdə RUD var ki, hansı ki, normal əməliyyat sistemini sındırırlar. Bundan sonra proqram təminatını yükləyirlər. Ancaq onların şəxsi məlumatının ələ keçməsidir digər funksionallıqlara "WhatsApp" məsuliyyət daşımır".
Qeyd edək ki, "WhatsApp" dünyanın ən populyar mesajlaşma tətbiqlərindəndir. Ötən ilin məlumatlarına görə, bir 1.5 milyarddan çox insan messencerdən istifadə edir.