Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 07:12
"TIME" jurnalı son onilliyin on ən yaxşı oyunlarının reytinqini tərtib edib. "Grand Theft Auto V" (2013), "The Legend of Zelda: Breath of the Wild" (2017) və "Fortnite" (2017) oyunları ilk üç yeri tutublar.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, dekabrın 19-da dərc edilmiş reytinqə, həmçinin 2009-cu ildə çıxarılmış "League of Legends" oyunu daxil edilib. Oyun kiberidman üçün qızıl standarta çevrilib. "League of Legends" yarışları dünyada stadionları doldurur və daha çox tamaşaçı cəlb edir.
2011-ci ilin oyunu olan "Dark Souls" süjetin mürəkkəbliyinə görə onluğa daxil edilib. Jurnalistlər bildiriblər ki, bir çoxları oyunun qeympleyini köçürməyə cəhd etsə də, heç kim buna nail olmayıb.