Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 08:52
Bakı. Trend:
Türkiyə sahillərində, Aralıq dənizində 3,7 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 04:48-də qeydə alınıb.
Zəlzələnin episentri Antalya vilayətinin Qazipaşa rayonunda, ocağı isə 41,72 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, sentyabrın 26-da İstanbulda 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 473 binaya ziyan vurulub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin