Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 22:40
Amerikanın elektroavtomobil istehsalçısı "Rivian" "Amazon", "Ford", "BlackRock" investisiya şirkətindən və digərlərindən 1,3 mlrd. dollar cəlb edib. Startapın dəyəri və əməliyyatla bağlı təfərrüatlar açıqlanmır.
Sonxeber.net bizplus.az-a istinadən bildirir ki, bu "Rivian"ın 2019-cu il üzrə dördüncü investisiya raundudur. Fevralda o, "Amazon" və tərəfdaşlardan 700 mln. dollar, apreldə "Ford"dan 500 mln. dollar, sentyabrda isə "Cox Automotive"dən 350 mln. dollar cəlb edib.