Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 09:00
Tiaqo Motta İtaliyanın "Cenoa" futbol klubunun baş məşqçisi vəzifəsindən istefaya göndərilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə futbol klubunun mətbuat xidmətindən bildiriblər.
İtaliya çempionatı çərçivəsində 21 dekabr keçirilən sonuncu matçda "Cenoa" səfərdə Milan təmsilçisi "İnter"ə böyük hesabla məğlub olub - 4:0. Çempionatın 17 turundan sonra klub turnir cədvəlində 11 xalla sonuncu yerdə qərarlaşıb.