Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Trabzonspor'' baş məşqçisi ilə vidalaşdı

''Trabzonspor'' baş məşqçisi ilə vidalaşdı

Tarix: 29 Dekabr 2019 23:10

Türkiyənin "Trabzonspor" klubu baş məşqçisi Ünal Karamanı istefaya göndərib.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu barədə "NTV Spor" məlumat yayıb. 

Klub prezidenti Ahmet Ağaoğlu ilə baş məşqçi arasında baş tutan görüşdən sonra tərəflər ayrılmağa qərar veriblər.
 
Ünal Karaman mövsümün əvvəlindən Trabzon təmsilçisini çalışdırırdı. Sözügedən komanda onun rəhbərliyi altında 71 oyuna çıxıb, 36 qələbə qazanıb, 18 heç-heçə və 17 məğlubiyyətlə yadda qalıb.
 
"Trabzonspor" hazırda Super Liqada 32 xalla turnir cədvəlində 3-cüdü və lider "Sivasspor"dan 5 xal geri qalır.


Etiketlər:  Trabzonspor baş məşqçisi ilə vidalaşdı


RƏYLƏR