Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu meyvə və tərəvəzlər suyu əvəz edə bilər

Bu meyvə və tərəvəzlər suyu əvəz edə bilər

Tarix: 30 Dekabr 2019 03:30

Hər gün təxminən 8 stəkan su içmək lazımdır. Həkimlərin sözlərinə görə, su həyat tərzimizə və sağlamlığımıza çox faydalıdır. Beynəlxalq Tibb İnstitutunun araşdırmasına görə, qadınların 2,2, kişilərin isə 3 litr su içməsi onların daha cavan qalmasına kömək edir. Bəzi meyvə və tərəvəzlər də var ki, onlar suyu əvəz edə bilər.

Sonxeber.net axar.az-a istinadən həmin meyvə tərəvəzlərin siyahısını təqdim edir.

Xiyar. Xiyar tərkibində ən çox su olan tərəvəzdir. Həmçinin, tərkibində C, D və B vitaminləri var. Gün ərzində 3-4 xiyar yeyərək, təbii suya olan tələbatınızı ödəyə bilərsiniz.

Pomidor. Pomidor gündəlik istifadə olunan tərəvəzlər siyahısında ön sıradadır. Tərkibi 94 faiz su olduğu üçün suya olan tələbatı rahatlıqla ödəyə bilir. Həmçinin, tərkibində olan C və E vitaminləri orqanizmə çox faydalıdır.

Ananas. Ananas şirin və dadlı olması ilə yanaşı, suya tələbatı ödəmək üçün möhtəşəm bir meyvədir. Həmçinin, xərçəngə qarşı da çox xeyirlidir.

Cəfəri. Cəfərinin faydalarını saymaqla bitməz. Bu faydalarla yanaşı cəfəri həm də suya tələbatı ödəməkdə çox mükəmməl vasitədir.


Etiketlər:  meyvə tərəvəzlər suyu əvəz edə bilər


RƏYLƏR