Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2019 - Azərbaycan vətəndaşı üçün tam fərqli bir il!

2019 - Azərbaycan vətəndaşı üçün tam fərqli bir il!

Tarix: 30 Dekabr 2019 15:10

2019-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən islahatlar yeni dövrün tәlәblәri sәviyyәsindә davam etdirildi, verilən vədlər әmәli işlərlə tamamlandı, insanlara yüksәk qayğı prinsipinә әsaslanan sosialyönümlu siyasәt strategiyasına yeni çalarlar əlavə olundu.

Milli.Az xəbər verir ki, bunu Trend-ə sosial məsələlər üzrə ekspert Elman Babayev deyib.

E.Babayev bildirib ki, bu il Azərbaycanın bütün sahələrdə inkişafı təmin olundu, ölkəmizin davamlı və hərtərəfli inkişaf strategiyası müasir çağırışlara adekvat şəkildə, praqmatik yanaşmalar əsasında daha da təkmilləşdirildi:

"Sürətli islahatlar, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirilməsi ölkəmizin dünyada öncül mövqelərə sahib olmasına gətirib çıxardı.

Prezidentin müasir yanaşmalara əsaslanan mükəmməl islahatlar konsepsiyası nəticəsində Azərbaycanının inkişaf etmiş dövlətlər sırasında yer alması nüfuzlu təşkilatların hesabatlarında vurğulandı. Belə ki, 2019-cu ildə Azərbaycanın nüfuzlu Dünya Bankının "Doing Business" hesabatında 20 ən islahatçı ölkədən biri elan olunması görülən işlərə verilən ən yüksək beynəlxalq qiymətdir.

Adıçəkilən hesabata əsasən, Azərbaycan 141 ölkə arasında mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə 18-ci, polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə 30-cu, mülkiyyət hüquqlarının qorunması sahəsində 37-ci, hökumətin, yəni, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə dünya miqyasında 10-cu, rəhbərliyin dəyişikliklərə, yəni islahatlara meyillilik səviyyəsinə görə 5-ci, nəqliyyat infrastrukturuna görə 31-ci, yol infrastrukturuna görə 27-ci (MDB məkanında birinci), dəmir yollarının səviyyəsinə görə 34-cü, nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci, elektrik enerjisinin əlçatanlıq əmsalına görə 2-ci, fəal əhalinin rəqəmsal qabiliyyətinə görə 19-cu, biznesi başlamaq baxımından 8-ci yerdədir.

Beləliklə, başa vurmaqda olduğumuz ildə bütün sahələrdə yeniliklərə imza atılıb. Baş verən inkişaf fonunda aztәminatlı tәbәqәnin maraqları mütlәq şəkildə nәzәrә alındı vә ölkәmizin daha da inkişafı üçün atılan hәr bir addımın bu tәbәqәnin maraqlarına vura bilәcәyi ən xırda ziyan belә, tәxirәsalınmaz sosial müdafiә tәdbirlәri hesabına kompensasiya olundu".

Ekspert vurğulayıb ki, ötən ilin yekunlarından bəhs edərkən Prezident İlham Əliyevin həllini gözləyən bir sıra sosial problemlərin həllinə yönəlik addımları xüsusi vurğulanmalıdır:

"İqtisadi sahədə aparılan islahatlar nəticəsində əldə olunan gəlirlərin əhalinin sosial rifahına yönəldiləcəyi vədinə sadiqliyini nümayiş etdirən Prezident bu istiqamətdə çoxsaylı fərman və sərəncamlara imza atıb. Formalaşan yeni və əlavə maliyyə resursları 2019-cu ildə Prezident İlham Əliyevin siyasi iradəsi ilə bilavasitə vətəndaşların sosial müdafiəsinə sərf olunub".

E.Babayev əlavə edib ki, cari ildə elə bir sahə olmayıb ki, dövlətin sosial siyasətindən kənarda qalsın:


Etiketlər:  2019 Azərbaycan vətəndaşı üçün fərqli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ