Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 09:52
Cənubi Koreyanın "Hyundai Mipo" tərsanəsi ilə Yunanıstanın "Central Group" şirkəti dörd yeni gəminin tikintisi ilə bağlı anlaşma imzalayıb. "Seanews.az" xəbər verir ki, dedveytləri 50.000 ton olacaq gəmilərin 2020-ci ildə təhvil verilməsi nəzərdə tutulur. Yeni gəmilər IMO-nun tələblərinə uyğun inşa olunacaq. Bir gəminin tikintisinin təxminən 36 milyon dollara başa gələcəyi bildirilir.