Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 10:16
Dronlar indi geniş yayılsa da, onlardan əsasən açıq meydançalarda istifadə etməyə çalışırlar.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Karlsrue Texnologiya İnstitutunun mütəxəssisləri ofis və laboratoriyaların daxilində işləyəcək, həmçinin müəssisələrin əməkdaşları ilə qarşılıqlı əlaqə qura biləcək dron yaratmaq qərarına gəliblər.
Yeni dronu hazırlamaq üçün Bitcraze şirkətindən Crazyflie 2.0-ı istifadə etməyə qərar verilib. Onun üzərində işləyərək insanların nitqini tanımağı və otaqda hədəfi müəyyənləşdirməyi öyrədiblər.
Dron, həmçinin binalarda olan çoxsaylı maneələrlə toqquşmalardan qaçmağa qadirdir.