Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 10:44
Dünyada davam edən qlobal iqtisadi qeyri-müəyyənlik məşhur İsveçrə saatlarının və brilyantların satışlarını azaldıb.
Ekspertlər bildirir ki, bunun səbəbi, qlobal qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda alıcıların qənaətə keçməsidir.
Xüsusilə İsveçrə saatlarının satışındakı azalma ekspertləri təəəccübləndirib. 1980-ci illərdən bəri ilk dəfədir ki, onların satışında azalma baş verir.
Sonxeber.net bizplus.az-a istinadən bildirir ki, 2019-cu ildə satışlar 3,5% azalaraq 1 milyard 993 milyon İsveçrə frankı təşkil edib. Qol saatlarının satışı 2,5% azalaraq 1 milyard 896 milyon franka düşüb. Azalmanın əsas səbəblərindən biri İsveçrə saatlarının böyük bazarlarından sayılan Honkonqda etirazların olmasıdır.