Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bazar dəyəri yarım trilyon dolları aşıb

Bazar dəyəri yarım trilyon dolları aşıb

Tarix: 31 Dekabr 2019 15:56

Bu il Çinin dünyaca məşhur elektron ticarət şirkəti olan "Alibaba Group"un bazar dəyəri 570 milyard dollara çatıb. Bu da bir il əvvəlki analoji göstəricidən 60% çoxdur.

Sonxeber.net marja.az-a istinadən bildirir ki, kapitallaşma üzrə dünya reytinqində "Alibaba Group" yeddinci yerdədir, ondan bir pillə yuxarıda isə 588 mlrd. dollarlıq kapitallaşma ilə "Facebook" qərarlaşıb.

Qeyd edək ki, analitiklər Asiyada texnoloji şirkətlərin səhmlərinin dəyərinin artım tendensiyasının gələn il də davam edəcəyini proqnozlaşdırır.


Etiketlər:  Bazar dəyəri yarım trilyon dolları aşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ