Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 19:16
Tvitter mesajlaşmada PNG (Portable Network Graphics) animasiya göndərməyi qadağan etdi.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda sosial şəbəkənin rəsmi səhifəsində məlumat verilib.
Platformanın yaydığı məlumata görə, yeni qanun epilepsiyadan əziyyət çəkən Tvitter istifadəçilərini qorumaq məqsədi daşıyır. Qadağa yeni tvitlərə şamil olunur.
Şəbəkə mütəxəssisləri qeyd edirlər ki, Tvitter istifadəçisi avtomatik qoşulma funksiyasını söndürsə də, o PNG faylı olan xüsusi hazırlanmış mesajları görür. Bu isə hakerlərin hərəkətli və fırlanan görüntülərlə həssaslığı olan istifadəçilərə, xüsusilə də epilepsiya xəstələrinə ziyan vurmasına səbəb ola bilər.