Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 20:52
"Tencent Holdings Ltd" Avropada sərmayələri sürətləndirib 2020-dən etibarən illik 10 milyard dollara çatdırmağı planlaşdırır.
Sonxeber.net marja.az-a istinadən bildirir ki, bunu "Handelsblatt"a verdiyi müsahibəsində "Tencent Cloud Europe"un rəhbəri Li Shiwei bildirib.
Keçən illərdə Avropada milyardlarla dollarlıq sərmayə qoyaraq yeni bulud xidmətlərini Çin xaricində də genişlədən Çinin sosial media və oyun nəhəngi "Tencent", bir başqa Çinli nəhəngi "Alibaba Group Holding Ltd." ilə rəqabət edir.
Almaniyanın Çin xaricindəki ən ümidverici bulud bazarı olaraq önə çıxdığını ifadə edən Li, "Tencent"in gələcək üç ildə Avropada 2 min - 3 min arasında məşğulluq yaratmağı planlaşdırdığını bildirib.