Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 23:52
Bosch şirkəti, avtomobilin salonunda baş verənlərə nəzarət etmək iqtidarında olan texnologiyanı hazırladığını bəyan edib. Süni dərrakənin əsasında yaradılmış sistem sürücünün vəziyyətini qiymətləndirərək, onun diqqətinin idarəetmədən yayınması hallarını qeydə alacaqdır. Buna misal olaraq, diqqətin smartfona yönləndirilməsini göstərmək olar. Əgər belə vəziyyət aşkar olunarsa, sistem səs siqnalları verərək, avtomatik şəkildə sürəti azaldacaqdır.
Sonxeber.net autograph.az-a istinadən bildirir ki, hərəkət təhlükəsizliyi üzrə ekspertlər 50 km/saat sürəti ilə hərəkət edən avtomobilin 3 saniyə ərzində 42 metr qət etdiyini müəyyən ediblər. Məhz 3 saniyə sürücüyə smartfondakı yeni bildirişlərin olub-olmamasını yoxlamaq üçün gərək olan vaxtdır. Müvafiq olaraq, sürətin yüksək olması halında, bu müddət ərzində avtomobilin qət etdiyi məsafə də artacaqdır. Bir çoxları isə bununla bağlı risqləri nəzərə almırlar.
Bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə, Bosch şirkəti sükan çarxında sürücünün baxış istiqamətini və onun baş hərəkətlərini dayanmadan qeydə alan kameranı quraşdırmağı təklif edirlər. Əgər sistem sürücünün diqqətinin yayındığını aşkar edərsə, o zaman səs siqnalı verəcək, kritik vəziyyətdə isə avtomobili yavaşladacaqdır. Bu isə sürücülərin daha məsuliyyətli olmasına və diqqətin kənar faktorlara, o cümlədən smartfonlara, yayınmamasına gətirib çıxaracaqdır.
Sistemin funksionallığını kameraların sayını artırmaqla genişləndirmək olar: məsələn, əlavə sensorlar arxa görüntü güzgüsünün üzərinə və ya altına yerləşdirilə bilər. Bu, yalnız sürücünün deyil, həm də ikinci sıradakı sərnişinlərin vəziyyətini izləməyə imkan verəcəkdir.