Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 12:50
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2019-cu ilin bombardirlərinin siyahısımı açıqlayıb.
Qol.az xəbər verir ki, "Bavariya"nın hücumçusu Robert Levandovski birincidir. Polşalı forvard milli çempionatlar və beynəlxalq səviyyəli turnirlərdə vurulan ümumi qol sayında hamını qabaqlayıb. Onun aktivində 54 qol var.
Qeyd edək ki, beynəlxalq səviyyəli qollara 2, milli çempionatlardakı toplara görə isə 1 xal hesablanıb.
İlin ən məhsuldar oyunçuları:
1. Robert Levandovski (Polşa/"Bavariya") - 70 xal (çempionatda 38, beynəlxalq arenada 16 qol)
2. Lionel Messi (Argentina/"Barselona") - 63 xal (37+13)
3. Abderrazak Hamdallah (Mərakeş/"Əl Nassr") - 61 xal (53+4)
4-5. Kriştiano Ronaldo (Portuqaliya/"Yuventus") - 60 xal (18+21)
4-5. Rahim Sterlinq (İngiltərə/"Mançester Siti") - 60 xal (26+17)
6. Harri Keyn (İngiltərə/"Tottenhem") - 55 xal (17+19)
7. Baqdad Bunedja (Əlcəzair/"Əl Sədd") - 54 xal (26+14)
8. Kilian Mbappe (Fransa/PSJ) - 53 xal (35+9)
9. Ali Mabxut (BƏƏ/"Əl Cəzirə") - 51 xal (13+19)
10. Sadio Mane (Seneqal/"Liverpul") - 46 xal (24+11)