Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lenovo Legion Gaming Phone adlı ilk geymer smartfonunu hazırlayır

Lenovo Legion Gaming Phone adlı ilk geymer smartfonunu hazırlayır

Tarix: 2 Yanvar 2020 21:12

Lenovo şirkəti oyun smartfonları bazarına qoşulmağa qərar verib. İstehsalçı hələ belə bir cihaz təqdim etməyib, amma artıq Weibo-da gələcək yenilik - Lenovo Legion Gaming Phone-ə həsr olunmuş səhifə yaradıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, adından da aydın olduğu kimi smartfon Legion oyun xəttinə aid olacaq.

Şirkətin nümayəndəsi bildirib ki, Legion Gaming Phone "Legion brendinin kibersport sahəsində təkmilləşdirildiyi illərə söykənəcək". Ancaq texniki hissə haqqında hələ heç bir məlumat yoxdur. Bununla belə, SoC Snapdragon 865-in bu smartfonun əsasını təşkil edəcəyi şübhəsizdir. Həmçinin yüksək kadr tezliyi və qeyri-adi dizayn ilə ekran gözləməyə dəyər.

Onun nə vaxt buraxılacağı dəqiq məlum deyil.


Etiketlər:  Lenovo Legion Gaming Phone adlı geymer smartfonunu hazırlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ