Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 22:20
Çin alimləri FY-36 eksperimental dronunu sınaqdan keçiriblər. Havada təxminən 12 saat qalan metanol yanacaq sistemi olan model South China Morning Post tərəfindən rekord adlandırılıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, pilotsuz dronların inkişafı ilə Tyantszın dron istehsalçısı Feye UAV Technology, Dalian Kimya Fizika İnstitutu və Çin Elmlər Akademiyası məşğul olub. 15 kiloqram ağırlığında, metanol yanacaqlı dörd vint sistemi olan bir aparat saatda 90 kilometrə qədər sürət yığa bilər. Mütəxəssislərin fikrincə, metanol batareyası litium-ion batareyasından 70 dəfə çox enerji ötürə bilər.
Mütəxəssislər spirtin adi batareyadan daha mürəkkəb bir enerji qaynağı olduğunu söyləyiblər. Məsələn, aşağı temperaturda kimyəvi enerjinin elektrik enerjisinə çevrilməsi yavaşlayır. Mütəxəssislər 12 saatlıq uçuş müddətinə yalnız onlarla uğursuz sınaqlardan sonra nail olduqlarını söyləyiblər.
FY-36-nın inkişafı ilə məşğul olan Çjanq Venyu qeyd edib ki, yeni yanacaq mənbəyi insansız uçuş seqmentindəki mövcud vəziyyəti dəyişdirəcək. Alimlərin fikrincə, spirtlə işləyən pilotsuz təyyarə axtarış-xilasetmə işlərində, aerofotoçəkilişlərdə, elmi və hərbi məqsədlər üçün istifadə edilə bilər.