Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran nota verdi - Müvәqqәti işlәr vәkili Xarici İşlәr Nazirliyinә çağırıldı

İran nota verdi - Müvәqqәti işlәr vәkili Xarici İşlәr Nazirliyinә çağırıldı

Tarix: 3 Yanvar 2020 10:40

ABŞ-ın İrandakı maraqlarını qoruyan İsveçrә sәfirliyinin müvәqqәti işlәr vәkili İran Xarici İşlәr Nazirliyinә çağırılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İran XİN-in mәtbuat katibi Abbas Musәvi Twitter sәhifәsindә yazıb.

A.Musәvinin sözlәrinә görә, müvәqqәti işlәr vәkilinә İranın sәrt notası tәqdim edilib.

Mətbuat katibi bildirib ki, general Süleymaninin ölümü ilә әlaqәdar notada ABŞ-ın mәsuliyyәt daşıdığı qeyd olunub.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.


Etiketlər:  İran nota verdi Müvәqqәti işlәr vәkili Xarici İşlәr Nazirliyinә çağırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ