Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 11:44
Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu ölkəsinin futbol millisinin Avro-2020-dəki şanslarını dəyərləndirib.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, yığmanın qrup mərhələsinə keçəcəyinə inandığını deyib: “Milli komandamızın “Avro-2020″nin seçmə mərhələsində zəfəriylə iddiamız artdı. Mən millimizin Azərbaycan xalqının dəstəyilə qrup səddini keçəcəyinə, hətta “Uembli”də final oynayacağına inanıram. Bizim üzərimizə düşən bu yolda millimizə hərtərəfli dəstək olmaqdır. Bu, hamımızın komandasıdır və bu yığmaya sahiq çıxmalıyıq".
Xatırladaq ki, Türkiyə millisi Avro-2020-nin qrup mərhələsi çərçivəsində iki oyununu Bakıda keçirəcək. Komanda iyunun 17-si Uels, iyunun 21-də isə İsveçrə ilə qarşılaşacaq.