Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 15:12
Mütəxəssislərin proqnozlarına əsasən, 2020-ci ildə planetdə hər iki nəfərə bir kamera düşəcək.
Sonxeber.net Oxu.az-a istinadən bildirir ki, ekspertlər dünyanın ən iri şəhərlərində hər min nəfərə düşən kameraların sayını müqayisə ediblər və bunun əsasında şəhərlərin reytinqini tərtib ediblər.
Beləliklə, dünyanın ən izlənilən şəhərlərini təqdim edirik:
1. Çuntsin, Çin
Min nəfərə düşən kameraların sayı: 168,03
Şəxsiyyət və mülkiyyətə qarşı törədilən ağır cinayətlərin hər min nəfər başına düşən sayı: 33,18
2. Şençjen, Çin
Min nəfərə düşən kameraların sayı: 159,09
Şəxsiyyət və mülkiyyətə qarşı törədilən ağır cinayətlərin hər min nəfər başına düşən sayı: 43,29
3. Şanxay, Çin
Min nəfərə düşən kameraların sayı: 113,46
Şəxsiyyət və mülkiyyətə qarşı törədilən ağır cinayətlərin hər min nəfər başına düşən sayı: 41,07
4. Tyantzin, Çin
Min nəfərə düşən kameraların sayı: 92,87
Şəxsiyyət və mülkiyyətə qarşı törədilən ağır cinayətlərin hər min nəfər başına düşən sayı: 29,15
5. Tzinan, Çin
Min nəfərə düşən kameraların sayı: 73,82
Şəxsiyyət və mülkiyyətə qarşı törədilən ağır cinayətlərin hər min nəfər başına düşən sayı: 15,93