Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 23:21
Bakı. Trend:
Bakı şəhərinin Binəqədi rayonunda 4 otaqlı evdə və Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Sumqayıt şəhərində ümumi sahəsi 500 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli binanın 1 otağında taxta tullantıları 20 m² sahədə və tavan 20 m² sahədə yanıb. Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!