Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 18:52
Liviyanın paytaxtı Tripolidə yerləşən hərbi akademiyaya havadan zərbə endirilib.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, Hadbe rayonundakı akademiya hücumu general Xəlifə Həftərin aviasiyası təşkil edib.
Avia zərbə zamanı 30 nəfər həlak olub, 33-ü isə yaralanıb.
Qeyd edək ki, Türkiyə rəhbərliyi Liviyanın Milli Razılıq Hökumətinin köməyinə "elit əsgərlər"ini göndərib.
Bu hərbçilər hava hücumuna qarşı müdafiə və radarların səsinin batırılması üzrə ixtisaslaşdırılıblar.