Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı məktəblərində 29 direktora müavin təyin olunub

Bakı məktəblərində 29 direktora müavin təyin olunub

Tarix: 7 Yanvar 2020 11:24

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi müsabiqələr vasitəsilə 2019-cu ildə 282 nəfərin müxtəlif vəzifələrə işə qəbulu həyata keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, onlardan 29 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 27 nəfər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 23 nəfər psixoloq olub.

Bununla yanaşı, ötən il 24 nəfər kitabxanaçı, 9 nəfər çağırışaqədərki hazırlıq rəhbəri, 18 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 152 nəfər laborant vəzifələrinə işə qəbul olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Bakı məktəblərində direktora müavin təyin olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ