Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 15:33
Avstraliyada Monaş Universitetinin alimləri tərəfindən hazırlanmış yeni batareya telefonu 5 gün müddətində şarjsız işlətməyə imkan verir.
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Monaş Universitetinin alimləri ən effektiv litium-ion batareyası hazırlayıblar. İlkin araşdırmalara əsasən, bu batareya standart smartfonun işini 5 gün müddətində dəstəkləyə bilər. Elektrik avtomobilləri üçün quraşdırmada təxminən 1000 km məsafə qət etməyə imkan verir. Bundan başqa, belə batareyalar ətraf mühitə az zərər vurur, həm də onların istehsalı daha ucuzdur.
Tədqiqatçılar indi yeni tip batareyaları bazara çıxarmağa çalışırlar. Alimlər, həmçinin qeyd ediblər ki, bu tip batareyaların əsas çatışmazlığı onları böyük həcmdə istehsal etməyin çətinliyi ilə bağlıdır. Alimlər artıq sınaq akkumulyatorlarını təqdim ediblər və konstruksiyanı 2020-ci ilin sonunda Avstraliyada elektrik avtomobilləri və şəbəkələrdə sınaqdan keçirməyi planlaşdırırlar.
Emil Hüseynov