Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 22:12
"Huawei" şirkəti Çinin "Wuhan Optics Valley" beynəlxalq inkişaf mərkəzində ilk ağıllı (smart) mağazasını istifadəyə verib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, slindrik formalı smart mağaza güllə keçirməyən şüşə ilə təchiz olunub.
"Huawei"in ağıllı mağazasında hər gün fasiləsiz olaraq 3 avtomatlaşdırılmış robot çalışır. Sözügedən mağazada hazırda smartfon və aksesuarlar satılır. Alıcılar mağazaya gələ, hətta onlayn şəkildə sifariş verə bilərlər.
"Huawei" şirkətinin nümayəndələri bildiriblər ki, gələcəkdə ağıllı mağazaların sayını artıra bilərlər.