Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 13:10
13:07
Rusiyanın Xabarovsk vilayətinin Nikolayevsk şəhərində yeddi aylıq körpənin eyvanda soyuqdan öldüyü faciə haqqında ətraflı məlumat yayılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Orlova küçəsində yerləşən yaşayış binasında baş verib.
Belə ki, 40 yaşlı ana uşağını təmiz hava alması üçün arabada eyvana qoyub.
Qadın körpəni bir neçə dəqiqədən sonra götürməyi düşünsə də, uşağın çöldə olması yalnız beş saatdan sonra onun yadına düşüb. Amma artıq gec olub, uşaq soyuqdan donaraq ölüb.
Hadisə ilə bağlı əraziyə hüquq-mühafizə orqanları cəlb edilib. Ölüm faktı Xabarovsk vilayətinin Səhiyyə İdarəsi tərəfindən təsdiqlənib.
Faciəvi hadisə ilə bağlı insanlara müraciət edən idarədən bildirilib ki, valideynlər uşaqlarına qarşı diqqətli olsunlar:
"Övladlarınıza təhlükələr barədə danışın, sizin bir neçə dəqiqə vaxtınızı alan söhbət uşağınızın həyatını xilas edə bilər".
Qeyd edək ki, hadisə ilə bağlı ölən körpənin anası tutulub, araşdırmalar davam edir.
---------
10:27
Ana yeni doğulan körpəsinin ölümünə səbəb olub.
Sonxeber.net haberler-ə istinadla xəbər verir ki, uşağını çöldə qoyduğunu yaddan çıxaran ana onun Hipotermiya xəstəliyindən ölməsinə şərait yaradıb.
Dəhşətli hadisə Rusiyada baş verib. Təmiz hava almaq üçün körpəsini çölə çıxardan qadın üşüdüyü üçün özü evə qayıdıb. O, beş saat sonra ayılıb və artıq körpə keçinib.
Uşaq donaraq ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
İsmayıl
Sonxeber.net