Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda qəzaya uğrayan təyyarədə 7 ölkənin vətəndaşı həlak olub

İranda qəzaya uğrayan təyyarədə 7 ölkənin vətəndaşı həlak olub

Tarix: 8 Yanvar 2020 11:56

Bakı. Trend:

İranın paytaxtı Tehran yaxınlığında qəzaya uğrayan "Boeing 737" təyyarəsində 7 ölkənin vətəndaşı həlak olub.

Trend-in məlumatına görə, təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.

Xatırladaq ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 heyət üzvü olub.

Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. İlkin məlumatlara əsasən, qəzanın səbəbi təyyarənin mühərrikinin yanması olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İranda qəzaya uğrayan təyyarədə ölkənin vətəndaşı həlak olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ