Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tehranda qəzaya uğramış təyyarədə 32 xarici vətəndaş həlak olub (YENİLƏNİB)

Tehranda qəzaya uğramış təyyarədə  32 xarici vətəndaş həlak olub (YENİLƏNİB)

Tarix: 8 Yanvar 2020 12:48

Tehran. Trend:

Tehran yaxınlığında qəzaya uğramış təyyarədə həlak olan İran vətəndaşlarının sayı 140 nəfərə çatıb.

Trend-in İrandakı xüsusi müxbirinin məlumatına görə, bunu Tehranın Böhranların İdarə olunması Təşkilatının baş direktoru Mənsur Daracati deyib.

Baş direktor qeyd edib ki, qəzada 32 xarici vətəndaş həlak olub. Bunların 6-sı Ukrayna, 4-ü Kanada, 8-i Əfqanıstan, 2-si İsveç vətəndaşı olub.

12 nəfərin hansı ölkə vətəndaşı olduğunu deyilmir.

Onun sözlərinə görə, yaxın saatlarda qəzanın səbəblərinin araşdırılması üçün təşkilatın əməkdaşlarının müşavirəsi keçiriləcək.

Xatırladaq ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 heyət üzvü olub. Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.

Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. İlkin məlumatlara əsasən, qəzanın səbəbi təyyarənin mühərrikinin yanması olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tehranda qəzaya uğramış təyyarədə xarici vətəndaş həlak olub YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ