Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandan gələn şəxsin daxili orqanında narkotik maddə aşkarlandı

İrandan gələn şəxsin daxili orqanında narkotik maddə aşkarlandı

Tarix: 8 Yanvar 2020 15:30

Bakı. Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İrandan gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan tibbi müayinəsi nəticəsində vətəndaşın düz bağırsağından şəffaf sellofana bükülü ümumi çəkisi 4 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 11 qram qara rəngli narkotik vasitə - tiryək, üzərində "M40" yazılı və üzərində "Z40" yazılı "metadon" adlı həblər aşkarlanıb.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İrandan gələn şəxsin daxili orqanında narkotik maddə aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ