Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 12:03
Bakı. Trend:
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialında “İslam və tolerantlıq” mövzusunda sərgi təşkil olunub.
İdarədən Trend-ə verilən məlumata əsasən, sərgiyə baxmağa gələn məktəblilər bu mövzuda nəşr olunmuş kitablarla yaxından tanış olublar.
Məktəblilərin bu mövzuda maraqlandıqları suallar kitabxana əməkdaşları tərəfindən cavablandırılıb.
Qeyd edək ki, sərgiyə baxış davam edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin