Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynanın İrandakı təyyarə qəzası ilə bağlı versiyaları - Zenit raketi, terror aktı, yoxsa texniki problem?

Ukraynanın İrandakı təyyarə qəzası ilə bağlı versiyaları - Zenit raketi, terror aktı, yoxsa texniki problem?

Tarix: 9 Yanvar 2020 15:08

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası İranda qəzaya uğramış təyyarə ilə bağlı bir neçə versiya nəzərdən keçirdiyini bildirib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, qurum qəza ilə bağlı 3 versiyanı yoxlayır.

Nəzərdən keçirilən versiyalar arasında təyyarənin zenit raketi ilə vurulması, terror aktı və texniki səbəblərlə əlaqədar mühərrikin partlaması yer alır.

Xatırladaq ki, göyərtəsində 176 nəfər olan Ukraynaya məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb.


Etiketlər:  Ukraynanın İrandakı təyyarə qəzası ilə bağlı versiyaları Zenit raketi terror aktı yoxsa texniki problem


RƏYLƏR