Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 19:02
İspaniya superkubokunun tarixdə ilk dəfə olaraq Səudiyyə Ərəbistanında keçirilməsi müəyyən suallar yaradıb.
Qol.az İspaniya KİV-nə istinadən xəbər verir ki, bu, sırf bisnes maraqlarına naminə atılmış addımdır.
Qeyd edək ki, budufəki superkubok uğrunda oyunlar dünən başlayıb. Yarışda 4 komanda – “Barselona”, “Real”, “Atletiko” və “Valensiya” iştirak edir. Dünən keçirilən oyunda “Real” “Valensiya”ya 3:1 hesabı ilə qalib gəlib. Bu gün isə Bakı vaxtı ilə saat 23.00-da “Barselona” ilə “Atletiko” qarşılaşacaq.
Qeyd edək ki, bu yarışı qəbul etməyə daha üç ölkə - ABŞ, Çin və Qətər də namizəd olub. Amma Səudiyyə Ərəbistanı İspaniya Futbol Federasiyasına hamıdan çox – üç illik 120 milyon avro təklif etdiyindən yarışın ev sahibliyi məhz bu ölkəyə verilib.
İspaniya mətbuatının yazdığına görə, bu məsələdə vasitəsi “Barselona”nın futbolçusu Jerar Pike olub. O, şəxsi şirkəti vasitəsi ilə federasiyalar arasında əlaqə qurub.