Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xiaomi Mi 10 ilk dəfə olaraq hər iki tərəfdən, tam ölçüdə görüntüləndi

Xiaomi Mi 10 ilk dəfə olaraq hər iki tərəfdən,  tam ölçüdə görüntüləndi

Tarix: 9 Yanvar 2020 22:52

Weibo Çin sosial şəbəkəsində ilk dəfə olaraq Xiaomi Mi 10 flaqman smartfonunu hər iki tərəfdən nümayiş etdirən və cihazın dizaynı haqqında ilk təəssürat yaratmağa imkan verən render nəşr edilib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, arxa qapağı nəzərə alsaq, Xiaomi Mi 10 keçənilki Xiaomi Mi 9 flaqmanını xatırladır. Kamera eyni yerdə yerləşir, yalnız linzalar indi üç deyil, dörddür.

Ön hissənin dizaynında da unikal heç nə yoxdur. Ön kameranın altında çuxur olan ilk oxşar smartfonlar bir il əvvəl çıxıb və bu həll Samsung Galaxy S10 seriyasının gəlməsi ilə populyarlıq qazanıb.

Daktiloskopik sensor bütün perimetri boyunca dar çərçivəyə malik olan ekranın səthinin altında yerləşir. Telefonun sağ tərəfində səsi tənzimləmək və cihazı yandırıb-söndürmə düymələri var.

Son xəbərlər göstərir ki, Xiaomi Mi 10 və Xiaomi Mi 10 Pro, fevral ayının 11 tarixində planlaşdırılan Samsung Galaxy S20 və Galaxy Fold 2-nin anonsundan əvvəl təqdim ediləcək.


Etiketlər:  Xiaomi dəfə olaraq hər tərəfdən ölçüdə görüntüləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ