Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 17:04
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə məlumat verilib.
Bildirilib ki, fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tədbirlərini davam etdirir. Belə ki, 2019-cu il ərzində 386 yaşayış binası üzrə 26630 mənzil, dekabr ayında isə 81 yaşayış binası üzrə 4536 mənzil təbii qazla təmin olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin