Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeniyetmələrin III Qış Olimpiya Oyunları start götürüb

Yeniyetmələrin III Qış Olimpiya Oyunları start götürüb

Tarix: 10 Yanvar 2020 17:52

Bakı. Trend:

İsveçrənin Lozanna şəhərində Yeniyetmələrin III Qış Olimpiya Oyunları start götürüb.

Trend-in məlumatına görə, Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında 78 ölkədən 1872 idmançı mübarizə aparır. 15-18 yaşlı atletlər arasında təşkil olimpiadanın proqramına əsasən, bu il ilk dəfə olaraq yarışacaq qız və oğlan idmançıların sayı bərabərdir.

Olimpiya Oyunlarında Azərbaycanı Yekaterina Ryabova təmsil edir. İdmançımız fiqurlu konkisürmə yarışlarında bacarığını nümayiş etdirəcək. Atletlər yanvarın 22-dək davam edəcək olimpiadada 16 idman növündə qalib və mükafatçıları müəyyənləşdirəcəklər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yeniyetmələrin Qış Olimpiya Oyunları start götürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ