Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Smartfonların batareyaları artıq daha uzun müddət xidmət edəcək

Smartfonların batareyaları artıq daha uzun müddət xidmət edəcək

Tarix: 11 Yanvar 2020 08:36

Bir çox smartfon sahibləri yatmağa hazırlaşan vaxt öz qacetlərini enerji toplamağa qoyurlar. Məsələnin belə həlli cihazın batareyasının ömrünü xeyli qısaldır.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, OnePlus şirkətinin mütəxəssisləri bu problemi necə həll etmək barədə düşünüblər. Nəticə olaraq, Las-Veqasda keçirilən "Consuler Electronic Show 2020" sərgisində tezliklə şirkətin smartfonlarında görünəcək "Optimallaşdırılmış yükləmə" (Optimized Charging) texnologiyası təqdim olunub.

Texnologiyanın mahiyyəti belədir: smartfonunuzu yatmazdan əvvəl enerji toplamağa qoyduqda o, 80%-ə qədər yüklənəcək və sonra şarj müvəqqəti olaraq dayandırılacaq. İlk zəngli saat və ya ilk xatırlatma işə düşməzdən 100 dəqiqə əvvəl smartfon yenidən enerji yığmağa başlayacaq. Həll çox sadədir, amma həqiqətən, batareyanın ömrünü uzada bilər.

Yeni proqram təminatının beta testində iştirak edən OnePlus 7 və ya OnePlus 7 Pro istifadəçiləri artıq bu funksiyanı sınaqdan keçirə bilərlər. Batareya parametrlərində "optimallaşdırılmış enerji toplama" maddəsi peyda olub.


Etiketlər:  Smartfonların batareyaları artıq daha uzun müddət xidmət edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ