Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 15:04
Almaniya üçüncü bundesliqa təmsilçisi "Proyssen"in rəhbərliyi milli komandamızın hücumçusu Rüfət Dadaşovdan narazılığını bildirib.
Qol.az xəbər verir ki, Münster təmsilçisinin direktoru Malte Metselder klubun rəsmi saytına açıqlamasında Rüfətdən gileyini gizlətməyib.
Qeyd edək ki, R.Dadaşov karyerasını ABŞ-ln ikinci liqa təmsilçisi "Feniks Rizinq"də davam etdirəcək.
Malte Metselder 28 yaşlı futbolçunun artıq "Proysen"də oynamaq istəmədiyini bildirib:
"Bizə bu vəziyyətdə qeyd-şərtsiz komandaya xidmət edən və klubun hədəflərinə yüz faiz sadiq qalan futbolçular lazımdır. Təəssüf ki, Rüfət artıq bu komandanın bir hissəsi olmaq istəmir və şəxsi maraqlarını komanda yoldaşlarından üstün tutur".