Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NASA üçün hazırlanan 8K VR eynək

NASA üçün hazırlanan 8K VR eynək

Tarix: 11 Yanvar 2020 21:56

VRgineers, CES 2020 sərgisində NASA üçün çıxardığı 8K VR eynəklərini tanıtdı. Şirkətin indiyə qədər çıxardığı ən böyük VR eynəyi olan XTAL, inkişaf etmiş görünüş və idarə xüsusiyyətləri təqdim edir.

VRgineers, illərdir NASA kimi təşkilatlar da daxil olmaqla peşəkar və təşkilati bazar üçün VR eynəklər hazırlayır. Bununla birlikdə şirkət, NASA üçün hazırlanmış, indiyə qədər olan ən yeni və ən böyük modelini CES 2020 sərgisində tanıtdı. Daha əvvəl hazırlanmış modellər kimi XTAL olaraq adlandırılan VR eynək də sinifinin ən yaxşısı və 8K həllolma əmsalı kristal dəqiqliyində VR görünüşlər təqdim edir.

Yeni XTAL, göz izləmə texnologiyasını ehtiva edən görünüş işləmə xüsusiyyətləri, AR qarışıq həqiqət (mixed reality) modulu və inkişaf etdirilmiş linzalarıyla 180 dərəcəlik təsir edici bir görüş sahəsi təmin edir. Bir VRgineer spikeri, cihazın NASA astronavtları üçün hazırlanmış bir VR gözlüyün təməl versiyası olduğunu açıqladı. VR gözlüyün görünüş keyfiyyəti o qədər yüksək ki, istifadəçilərə ən kiçik detalları belə göstərə bilir.

Milli.Az


Etiketlər:  NASA üçün hazırlanan 8K VR eynək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ