Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''''Liverpul'' çox güclüdür, ancaq...'' - Mourinyo

''''Liverpul'' çox güclüdür, ancaq...'' - Mourinyo

Tarix: 12 Yanvar 2020 12:56

Premyer Liqanın 22-ci turunda "Tottenham" evdə "Liverpul"-a 0:1 hesabı ilə məğlub olub.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, qarşılaşmanın ardından London təmsilçisinin baş məşqçisi Joze Mourinyo VAR hakimlərini tənqid edib.

"Məğlub olsaq da, komandamın performansından narazı qalmadım. Düzdür, "Liverpul" çox güclüdür, ancaq həm də şanslıdırlar. Bir epizodda VAR hakimləri çay içdikləri üçün Robertsona qırmızı vərəqə verməyi unutdular", - portuqaliyalı mütəxəssis bildirib.

Qeyd edək ki, "Tottenham" hazırda 30 xalla 8-ci pillədədir. "Liverpul" isə 61 xalla liderliyini davam etdirir.


Etiketlər:  Liverpul çox güclüdür ancaq Mourinyo


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ